Dünyada hidrogen yanacaq elementləri ilə işləyən ilk “Coradia iLint” qatarı 16 sentyabr tarixində Almaniyanın Aşağı Saksoniya vilayətində sınaq reysini yerinə yetirib.
İlk səfərin gedişatını Aşağı Saksoniyanın iqtisadiyyat və nəqliyyat naziri Bernd Altxusman şəxsən müşahidə edib.
belta.by saytının məlumatına görə, qatarların damında hidrogen yanacaqlı rezervuar və yanacaq elementi quraşdırılıb. O, ətraf mühitə zərər vermədən hidrogen enerjisini elektrik cərəyanına çevirəcək. Qatar saatda 140 kilometrə qədər sürət yığa bilir. “Coradia iLint” bir dəfə yanacaq doldurmaqla min kilometrə qədər məsafə qət edə bilər.
Qatar artıq standart marşrut üzrə hərəkətə başlayıb.