Bu gün proqramçıların peşə bayramıdır 2018-09-13 11:00:00 / MARAQLI MƏLUMATLAR

13 sentyabr peşəkar fəaliyyətini proqramlaşdırma sahəsi ilə bağlayan proqramçıların bayramıdır. Bu qeyri-rəsmi bayram ilin 256-cı günündə (2 qüvvət üstü 8 ədədinin şərəfinə) qeyd edilir. 

calend.ru saytının məlumatına görə, həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfindən irəli sürülüb. Bu gün il 365 gündən ibarət olarsa sentyabrın 13-ü, hər dörd ildən bir isə sentyabrın 12-si keçirilir.

Qeyd edək ki, hələ 2009-cu ildə Rusiyanın prezidenti Dmitriy Medvedev Proqramçılar gününün peşə bayramı kimi təsdiq olunması haqda fərman imzalamışdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024