Sifətin tanınması sistemi cinayətkarı aşkar edib 2018-08-27 11:00:00 / MARAQLI MƏLUMATLAR

Bu yaxınlarda Vaşinqton Beynəlxalq Hava Limanında quraşdırılmş sifətin tanınması sistemi pasport nəzarətindən keçən zaman saxta sənədlərlə ABŞ ərazisinə daxil olmaq istəyən Fransadan gəlmiş cinayətkarı aşkar edib. Fransa vətəndaşının pasportu ABŞ ərazisinə vizasız daxil olmaq hüququ verir, lakin kişinin xarici görünüşü ilə onun pasportundakı şəklini müqayisə edən neyron şəbəkə uyğunsuzluq aşkar etdikdən sonra bu haqda sərhəd və immiqrasiya xidmətlərinə məlumat verib.

hi-news.ru saytının məlumatına görə, sonrakı araşdırmalar nəticəsində məlum olub ki, qanunu pozan Konqo (axtarış zamanı onun üzərində bu ölkənin pasportu tapılıb) vətəndaşıdır. Bundan başqa, bir müddət əvvəl ABŞ məhkəməsinin qərarı ilə o, ölkədən deportasiya edilib, həmçinin 20 il ərzində viza almaq hüququndan məhrum edilib. ABŞ hakimiyyəti sifətin tanınması sisteminin ölkənin bütün aeroportlarında tətbiq ediləcəyini bildirib. Hazırda sözügedən sistem yalnız Vaşinqton ştatının aeroportlarında və Nyu-Yorkda sınaq rejimində işə salınıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024