Bükülən dron təqdim olunub 2018-08-24 17:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çinin “DJI” şirkəti yeni bükülən “Mavic 2” dronunu təqdim edib. Pilotsuz uçuş aparatı “Mavic 2 Pro” və “Mavic 2 Zoom” versiyalarında istehsal ediləcək. “Mavic 2 Pro” “Hasselblad” şirkəti tərəfindən hazırlanmış 20 meqapiksel təsvir ölçülü 1 düymlük matrisli kamera, “Mavic 2 Zoom” versiyası isə “DJI”nin öz istehsalı olan 12 meqapiksel matrisli kamera ilə təchiz edilib. Dronun hər iki versiyası 4K formatında video çəkilişi dəstəkləyir və 8 Gb daxili yaddaşa malikdir.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, yeni dron maneələri daha yaxşı dəf etməyə imkan verən təkmilləşdirilmiş sistemlə təchiz edilib. “Mavic 2” öz batareyası sayəsində yarım saata qədər havada qala bilir, onun maksimal sürəti 72 km/saata çatır.

“Mavic 2 Pro”nu 1149 dollara, “Mavic 2 Zoom” versiyasını isə 1249 dollara əldə etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024