ABŞ-ın Tafts Universitetinin mütəxəssisləri yaraların sağalma prosesini izləyən sensorlara malik yeni “ağıllı” sarğı yaradıblar.
İstehsalçıların sözlərinə görə, artıq sınaqdan keçirilmiş sarğı-plastır, hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Daxili sensorlar infeksiya və ya iltihabın mövcudluğunu göstərən “pH” səviyyəsini və bədən temperaturunu izləyir.
naukatv.ru saytının məlumatında bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin “ağıllı” plastır hətta yaxşı bitişməyən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii sağalmasına imkan yaradır. Mikroprosessor sensorlardan daxil olan məlumatları oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.
Plastırın yaradıcıları sarğı materialının ucuz alınması və mikroprosessordan başqa bütün komponentlərin birdəfəlik olmasına çalışıblar. Gələcəkdə “ağıllı” sarğının tətbiq ediləcəyi sahələrin genişləndirilməsi üçün onun imkanlarının artırılması nəzərdə tutulur. Hazırda “in vitro” şəraitində uğurla sınaqdan keçirilmiş texnologiyanın kliniki testləri aparılır.