Robot mer vəzifəsinə namizədliyini irəli sürüb 2018-05-01 16:49:00 / MARAQLI MƏLUMATLAR

Yaponiyanın Tama şəhərində yerli siyasətçilərlə yanaşı, Miçixito Matsuda adlı robot da mer vəzifəsinə namizədliyini irəli sürüb.

robo-hunter.com saytının məlumatına görə, namizəd qərarların qəbulu zamanı şəhər sakinlərinin fikirlərini nəzərə alacağını vəd edib. O, həmçinin irəli sürülmüş bütün petisiyaları təhlil edəcəyini və onların insanlara təsirini qiymətləndirəcəyini bildirib.

Robotun mer olması ideyası onun yaradıcıları – “SoftBank” mobil provayderinin vitse-prezidenti Tetsuzo Matsuda və “Google”un keçmiş əməkdaşı Norio Murakamiyə aiddir. Onlar bütün şəhər boyunca təşviqat materiallarını yerləşdirməklə seçkiqabağı kampaniya təşkil ediblər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024