“Walmart” korporasiyası əsl arılar kimi bitkiləri tozlandıra bilən avtonom robot-arıları patentləşdirib.
hi-tech.mail.ru saytının məlumatına görə, dronlar bitkilərin çiçəkləndiyi yerlərin aşkar edilməsi üçün sensor və kameralardan istifadə edərək tozcuqları bir bitkidən digərinə daşıyacaqlar. Görünür ki, “Walmart” kənd təsərrüfatına keçməyə və qida məhsulları üzərində nəzarəti gücləndirməyə ümid edir.
Qeyd edək ki, “Walmart” robot-arıların hazırlanması ilə məşğul olan ilk təşkilat deyil. Son illərdə alimlər nəticədə insanların istehlak etdiyi bütün məhsulların üçdə birini tozlandıran arıların azalmasını dayandırmaq üsullarını axtarırlar. Harvard Universitetinin tədqiqatçıları ilk robot-arıları 2013-cü ildə təqdim ediblər. Hazırda onlar uça, səth üzərində otura və suda üzə bilirlər. Lakin onlardan fərqli olaraq, “Walmart” şirkətinin patentində təsvir edilmiş robot-arılar məsafədən idarə ediləcək və tozcuqların avtomatik aşkar edilməsi imkanına malik olacaqlar.