“Ookla Speedtest Global” təşkilatı ölkələrin İnternet sürətinə görə, bu ilin noyabr ayı üzrə reytinqini hazırlayıb. Bildirilir ki, Sinqapur ən sürətli genişzolaqlı İnternetə (153,85 Mbps), Norveç isə ən sürətli mobil İnternetə (62,66 Mbps) malikdir.
nag.ru saytının məlumatına görə, inkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps sürətlə 4-cü, Macarıstan 92,47 Mbps sürətlə 5-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.
Ən aşağı sürət isə Misir (5,32 Mbit/s), Livan (4,5 Mbit/s), Venesuela (3,92 Mbit/s), Liviya (3,84 Mbit/s) və Əlcəzairdə (3,76 Mbit/s) qeydə alınıb.