Robot Erika fotomodel olacaq 2017-12-12 11:32:00 / MARAQLI MƏLUMATLAR

Robot Erika Amerikanın “Vogue” adlı dəb, gözəllik, mədəniyyət və həyat tərzi daxil olmaqla, bir çox komponentlərdən ibarət olan qadın jurnalının fotomodeli olacaq. Robotun Yaponiyada keçiriləcək ilk fotosessiyası jurnalın dekabr sayında dərc ediləcək.

Tanınmış jurnalın əməkdaşları qeyri-adi mexaniki modellərin dəb dünyasında unikal hadisə olacağı və tələb ediləcəyini düşünürlər. Bu səbəbdən onlar Erikaya fotomodel olmağı təklif ediblər.

robo-hunter.com saytının məlumatına görə, Erika 2015-ci ildə Yapon mühəndis Hirosi İsiquro tərəfindən hazırlanıb. Real xarici görünüşə malik olan robot gülə və zarafat edə bilir, lakin sintetik səslə danışır.

Xatırladaq ki, Erika dəb dünyasına daxil olan ilk robot deyil. 2016-cı ildə Braziliyanın “ELLE” jurnalının dekabr sayının üz qabığında robot Sofiyanın şəkli yer almışdı. Həmin sayın mövzusu innovasiya texnologiyaları əsrində gözəllik və gələcəyin dəbinə həsr edilmişdi. Sofiya fotosessiyada iştirak etməklə yanaşı, jurnalistlərlə söhbət etmişdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024