Nankində (Çin) 80 milyon insanın DNT-sinin müəyyənləşdirilməsi üzrə məlumat bazası yaradılacaq. Layihə ən geniş yayılmış xəstəliklərlə mübarizə üçün Big Data-dan istifadə etməyə imkan verəcək.
Səhiyyə və doğumun planlaşdırılması işləri üzrə Regional Komitənin nümayəndələrinin sözlərinə görə, Səhiyyə və Tibb üzrə Böyük Verilənlərin Dövlət Mərkəzinin bazasında 80 milyon insan, yəni Nankində yerləşən Szyansu əyalətinin əhalisi haqqında məlumatlar saxlanılacaq.
popmech.ru saytının məlumatına əsasən, bazadakı böyük verilənlərin ən geniş yayılmış xəstəliklərlə əlaqəli olan genetik mutasiyaların öyrənilməsi məqsədilə istifadə olunması planlaşdırılır.
Layihə çərçivəsində DNT-nin müəyyənləşdirilməsi ilə “Yangzi Group”, Cənub-şərq Universiteti və Nankin Tibb Universiteti məşğul olacaq. Məlumat bazası isə bir neçə il ərzində yaradılacaq.