Kimyəvi və bioloji təhlükələri aşkar edən qurğu hazırlanıb 2017-10-13 16:00:00 / MARAQLI MƏLUMATLAR

ABŞ-ın San-Diyeqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığında olan kimyəvi və bioloji təhlükələri aşkarlaya bilən “ağıllı” üzük hazırlayıblar.

naked-science.ru saytının məlumatına görə, qurğu iki əsas hissədən ibarətdir: sensorun elektrokimyəvi qapağı konkret kimyəvi birləşmələri aşkar edir. Onun altında qurğunun əsas elektronikasının quraşdırıldığı montaj platası yerləşir. Üzük əldə olunmuş məlumatları emal edə və onları simsiz şəbəkə üzərindən istifadəçinin smartfonu və ya kompüterinə göndərə bilir. O, maye və buxar fazasında partlayıcı maddələrin və orqanofosfat sinir agentlərinin aşkar edilməsi üçün optimallaşdırılıb.

Üzüyün yaradılması zamanı alimlər belə qənaətə gəliblər ki, daşınan funksional qurğular insanların estetik tələbatlarını ödəsələr, faydalı olacaqlar. Bu səbəbdən onlar üzük formasında sensor yaratmağa qərar veriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024