Massaçusets Texnoloji Universitetinin alimləri futbol topu böyüklüyündə oval formalı sualtı robot yaradıblar. Robot gəminin alt hissəsinə enərək ultrasəsin köməyilə qaçaqmalı axtarmaq qabiliyyətinə malikdir. Yeni icad Çikaqoda intellektual robot və sistemlər üzrə keçirilmiş beynəlxalq konfransda təqdim edilib.
Robotlar 3D-printerində çap edilib və qiyməti 600 ABŞ dollarınadır. lenta.rusaytının məlumatına görə, maşının yarı hissəsi sudan mühafizə olunub: orada elektronika – idarəetmə sxemləri, akkumulyatorlar, rabitə antennası, inersiya ölçü bloku yerləşir.