İstifadəçilərin 92 faizi “Windows 10” əməliyyat sistemini bəyənir 2015-08-27 09:39:33 / KONFRANSLAR

“Microsoft” korporasiyası istifadəçilərin “Windows” əməliyyat sisteminə rəğbətini yenicə təqdim etdiyi “Windows 10” platformasının köməyi ilə qazanmaq niyyətindədir. “Brand Watch” analitik şirkəti tərəfindən aparılmış tədqiqata əsasən, kompüterə “Windows 10” platformasını quraşdırmış istifadəçilərin 92 faizi artıq bu platformanı bəyənib.

 

Məlum olduğu kimi, yeni sistemdə bir sıra dəyişikliklər edilib. Belə ki, “Start” menyusu geri qaytarılıb, eyni anda bir neçə işçi masadan istifadə əlçatan olub. “Windows Phone 8.1” mobil platformasından bizə tanış olan “Cortana” səs köməkçisi, nəhayət, ilk dəfə fərdi kompüterdə debüt edib.

 

“hi-news.ru” saytının məlumatına görə, “Cortana” səs köməkçisi ən çox sevilən yenilikdir. Lakin “Start” menyusu gözlənilənlərin əksinə olaraq sevilməyib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020