Smartfondan nazik televizor istehsal olunub 2015-08-05 09:55:34 / KONFRANSLAR

Cənubi Koreyanın “LG Electronics” şirkəti “OLED” televizor çeşidlərini artıraraq çox nazik modellər təqdim edib. Yeni 55 düym ekran ölçüsünə malik “OLED TV” modellərinin qalınlığı 4,8 mm təşkil edir ki, bu da qalınlığı 6-7 mm olan smartfonlardan nazikdir.

 

Hazırda ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə “Sony” şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 mm olan “Ultra HD” (4K) formatlı 2 model əlavə edib.

 

Maraqlıdır ki, bu dəfə “Samsung Electronics” şirkəti kənarda qalmağa üstünlük verib. Cənubi Koreya istehsalçısının kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq edərək yaratdığı yüksək dəqiqlikli “SUHD” ekranlar 6-9 mm qalınlığa malik olmaqla “LG Electronics” və “Sony” modellərindən geri qalır.

 

“DisplaySearch” şirkətinin analitikləri bu yanaşmanı düzgün hesab edərək bildiriblər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar yalnız ultranazik olmasına görə əlavə vəsait ödəməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020