Ağıllı ayaqqabı uşaqları izləməyə imkan verəcək 2015-08-03 09:38:15 / KONFRANSLAR

“MediaTek LinkIt” şirkəti valideynlərə öz uşağının hərəkət istiqamətini izləməyə imkan verən ağıllı ayaqqabı hazırlayıb. naked-science.ru saytının məlumatına görə, ayaqqabı ilk olaraq ağıllı saat üçün hazırlanmış Aster MT2502 texnoloji platforması əsasında yaradılıb. Platforma GSM və GPRS şəbəkələrini dəstəkləyir.

 

Ayaqqabı və onun kiçik sahibinə smartfon üçün hazırlanmış xüsusi proqram vasitəsilə nəzarət edilir. Valideynlər bir neçə rejimə malik olan proqramda müəyyən ərazini təyin edə bilərlər. Uşaqlar həmin ərazidən uzaqlaşdıqda qadjetə rejimin pozulması haqqında xəbərdarlıq siqnalı ötürülür.

 

520 miliamper/saat tutuma malik batareya ilə qidalanan ağıllı uşaq ayaqqabısının qiyməti təxminən 100 ABŞ dolları təşkil edir. Ayaqqabıdan məlumatların ötürülməsi üçün bulud texnologiyalarından istifadə olunur. Lakin onun hakerlərdən müdafiəsi üçün istehsalçıların nə kimi tədbirlər gördüyü hələ məlum deyil.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024