K-means alqoritminin eksperimental nəticələri müzakirə olunub 2020-12-17 13:36:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “K-means alqoritminin eksperimental nəticələrinin müxtəlif indekslər üzrə qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Eltun Əhmədov ənənəvi proqramlaşdırma, maşın təlimi, klassifikasiya, klasterləşmə metodları, K-means alqoritminin işləmə prinsipi, verilənlər çoxluğunun növləri, qiymətləndirmə indeksləri və aparılmış eksperiment barədə ətraflı məlumat verib.

O, Siluet indeksi, “Davies-Bouldin” və “Dunn” indeksləri haqqında danışıb, aparılmış eksperimentin nəticələrini diqqətə çatdırıb.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024