Təmassız temperaturu ölçə bilən robot hazırlanıb 2020-02-19 12:45:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çin mühəndisləri insanların temperaturunu təmas olmadan ölçə bilən xüsusi robot hazırlayıblar.

İzdiham içərisində temperaturu birbaşa ölçmək üçün robotun yaradılmasına rəhbərlik edən professor Mei Xuesong qeyd edib ki, bir həkim epidemiyalı şəxslər arasında yalnız bir xəstə ilə qarşılıqlı əlaqə qura bilir. Ancaq yeni yaradılan robot eyni anda bir neçə insanı müayinə etmək xüsusiyyətinə malikdir.

ferra.ru saytının məlumatına görə, robot xüsusi termometr cihazı ilə təchiz olunub. Bunun sayəsində cihaz dərhal bütün izdihamı yoxlaya biləcək və lazım olduqda həkimlər yüksək hərarətli insanlara tibbi yardım göstərəcəklər. Temperaturu ölçən robotlardan əsasən izdihamlı yerlərdə - dəmir yolu stansiyalarında, hava limanlarında, xəstəxanalarda və digər ictimai yerlərdə istifadə olunacaq.

Mütəxəssislər qeyd edirlər ki, robot kütlə içərisində virusa yoluxmuş insanları üz cizgilərinə görə tanıya biləcək.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020