Blokçeyn texnologiyası bankların nüfuzunu yox edəcək, elektroşəbəkələrin effektivliyini yüksəldəcək, musiqi sənayesini dəyişəcək və jurnalistikanı xilas edəcək.
Bu barədə məlumatı “Blockchain Revolution” kitabının həmmüəllifi Aleks Tapskott İspaniyanın Madrid şəhərində keçirilən “Digital Business” beynəlxalq konqresində məlumat verib.
Tapskottun sözlərinə görə, blokçeyn texnologiyası İnternetin ikinci nəslidir. İnternetin əsas ideyası faylların orijinalının saxlanılması ilə yanaşı, onların surətini göndərmək imkanıdır. O, nəhəng rəqəmsal çap dəzgahı kimi işləyir: “İnformasiya üçün çap dəzgahına malik olmaq yaxşıdır, mənfi cəhət odur ki, qurğu pulu və ya aktivləri də çap edir. Burada blokçeynə ehtiyac yaranır”.
hightech.fm saytında bildirilir ki, blokçeyn texnologiyası rəqəmsal aktivləri izləməyə, onların orijinallığını təsdiq etməyə imkan verir, icazəsiz köçürülmənin qarşısını alır. Valyuta əməliyyatları üçün onun necə qiymətli olduğu məlumdur. Lakin onun köməyilə həm də digər rəqəmsal dəyərlər, müqavilələr və əmlakların mübadiləsini aparmaq mümkündür.