Çinin “DJI” şirkəti öz tarixində ən yığcam və ucuz dronu təqdim edib.
“Spark” adlı yeni kvadrokopterin çəkisi cəmi 270 qram təşkil edir. Bununla belə, dron olduqca geniş funksionallığa malikdir. O, jestlərin köməyi ilə idarəetməni dəstəkləyir və sahibini sifətə görə tanıyaraq əldən uça bilir. Verilmiş obyekti izləyə bilən dronun inteqrasiya edilmiş sensorları onun maneələrlə toqquşmasının qarşısını almağa kömək edir.
hitech.newsru.com saytının məlumatına görə, onun maksimal surəti 50 km/saat təşkil edir, batareyası isə, 16 dəqiqə ərzində havada qalmasını təmin edir. Bununla belə, onu xarici akkumulyator və Micro-USB konnektorunun köməyilə yerdə enerji ilə doldurmaq mümkündür.
“Spark”ın kamerası ikioxlu qarmaqla bərkidilib. O, Full HD-video və 12 Mp fotoşəkil çəkməyə imkan verir. Bundan başqa, “QuickShot” funksiyası videonu avtomatik emal etməyə, həmçinin bir dəqiqəlik videonu İnternetə yerləşdirmək üçün 10-saniyəlik video-çarxa çevirməyə imkan verir.
“DJI” artıq “Spark”ın öncədən sifarişlərinin qəbuluna başlayıb. Pilotsuz təyyarənin satışlarına 15 iyun tarixində başlanılması nəzərdə tutulur. Ağ, mavi, yaşıl, qırmızı və sarı rənglərdə təqdim olunacaq dronun dəyəri 499 ABŞ dolları təşkil edəcək. Bu da onun “Parrot”, “Yuneec” və “ZeroTech” şirkətlərinin oxşar mini-dronları ilə rəqabət aparmasına imkan verəcək.