Məsafədən ünsiyyət qurmaq üçün ultrasəs sistemi təqdim edilib 2017-05-26 12:11:15 / KONFRANSLAR

Böyük Britaniya alimləri səsi ətrafdakılar eşitmədən həmsöhbətin qulağına ötürməyə imkan verən qurğu hazırlayıblar.

 

“Asier Marzo” adlı qurğu ABŞ-da keçirilən, insan və elektron qurğuların qarşılıqlı təsirinə həsr edilmiş konfransda təqdim olunub. Gələcəkdə bu kimi ultrasəs əlaqəsinin köməyi ilə əsgərlər döyüş sahəsində, dayverlər isə ultrasəsin havaya nisbətən daha yaxşı yayıldığı su altında bir-biri ilə ünsiyyət qura biləcəklər.

 

naked-science.ru saytının məlumatına görə, əvvəlcədən hazırlanmış maşın təlimi sistemi əzələ fəallığını sözlərə çevirərək interpretasiya edir. Sistemin prototipində kompüter 10 əmri (“bəli”, “xeyir”, “dayan”, “geri” və s.) 80 faizdən çox dəqiqliklə ayırd edib. 

 

Alimlər qeyd edirlər ki, qurğuya adi baxış istiqamətinin tanınması funksiyası əlavə olunarsa, səssiz mesajı daha asan göndərmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024