AMEA İnformasiya Texnologiyaları İnstitututun magistrantı Şəlalə Mansurova 11-12 may 2017-ci il tarixlərdə Sumqayıt Dövlət Universitetində keçirilmiş magistrantların XVII Respublika elmi konfransında iştirak edib.
19 istiqamət (riyaziyyat, mexanika, kimya və kimya-texnologiya, innovasiyalı iqtisadiyyatın inkişafının müasir problemləri, Azərbaycan multikulturalizmi və s.) üzrə materialların qəbul olunduğu tədbirdə Ş.Mansurovanın “Bulud texnologiyaları: xidmətlər və modellər” mövzusunda konfrans materialı “Yeni informasiya texnologiyaları” istiqaməti üzrə 2-ci yerə layiq görülüb. Konfransda Ş.Mansurovaya diplom təqdim olunub.