Android One platformasında ilk smartfonların satışına start verilir 2014-10-03 08:31:44 / KONFRANSLAR

Bu gün "Google" şirkəti özünün Android One platforması əsasında ilk smartfonlarını Hindistanda satışa çıxarıb. Qurğuların başlanğıc qiyməti 105 dollardır.

Şirkət bu layihəni Hindistanın "Micromax", "Karbonn" və "Spice Mobiles" kimi mobil telefon istehsalçıları ilə birgə hazırlayıb.

gazeta.ru saytının məlumatına görə, "Google" 2014-cü ilin sonuna kimi Android One qurğularının satışını İndoneziya, Filippin və Cənubi Asiyanın digər ölkələrində həyata keçirmək niyyətindədir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024