AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2, və 13 saylı şöbələrin növbəti birgə elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev gündəlikdə duran məsələ barədə məlumat verdi. Alim seminarın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Seminarda Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması üzrə qrant layihəsi çərçivəsində II mərhələ üzrə tapşırılmış işlərin icra vəziyyəti və əldə olunmuş nəticələr müzakirə olundu.
Layihə icraçıları gördüyü işlər haqqında məlumat verərək əldə olunmuş nəticələrə dair fikir mübadiləsi apardılar.
Sonda qrant layihəsi ilə bağlı həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə yenidən seminarlarınn keçirilməsi və hər bir layihə iştirakçısının əldə etdiyi nəticələrinin məqalə şəklində dərc olunması qərara alındı.