İtaliyanın Florensiya Universitetinin alimləri suyun keyfiyyətinə nəzarət edən robot-balıq hazırlayıblar.
dni24.com saytının məlumatına görə, alimlər diqqəti planetin su resurslarının mühafizəsinə yönəltməyi qərara alıblar. Belə ki, okean və dənizlərə çıxışı olan bir çox ölkələrin sakinlərinin rasionu dəniz məhsullarından ibarətdir. Bununla əlaqədar olaraq, insanların zəhərli məhsulların istifadəsindən qorunması problemi gündəmə gəlir. Suyun çirklənməsinin, həmçinin dəniz canlılarında xəstəliklərin inkişafının qarşısını almaq üçün okean və dənizlərin ekologiyasına nəzarəti həyata keçirmək vacibdir.
Bu məqsədlə alimlər planetin su resurslarını təmizləyə biləcək robot-balıq yaradıblar. Uzunluğu 30 sm təşkil edən robot suyun keyfiyyət göstəricilərinə nəzarət edir və ekologiyanın korlanması zamanı dərhal mütəxəssisləri xəbərdar edir. Artıq elmi işçilər yalnız suyun parametrlərinə deyil, həm də balıqların sağlamlığına nəzarət edə biləcəklər.