İnsan sifətinin mükəmməl rəqəmsal modeli yaradılıb 2017-05-16 17:19:30 / KONFRANSLAR

Böyük Britaniya alimləri insan sifətinin yüksək dəqiqliyə malik 3D-modelinin yaradılması üçün proqram təminatı hazırlayıblar. Texnologiya müxtəlif modelləşdirmə ssenariləri və insan sifətinin tanınmasında istifadə oluna bilər.

 

planet-today.ru saytının məlumatına görə, həkimlər Londonun İmperiya Kollecində yaradılmış texnologiyadan bəzi nadir genetik xəstəlikləri aşkar etməyə kömək edən diaqnostika aləti kimi istifadə edə bilərlər.

 

Yeni texnologiya kriminalistlərə on illərlə axtarılan təhlükəli cinayətkarların tapılması üçün lazım olacaq. Belə ki, proqram təminatı insan sifətinin qocalması prosesini vizuallaşdıra bilir. Bu, onun məsələn, 20 il sonra necə görünəcəyinə baxmağa imkan verir.

 

“Bu texnologiyanı kompüter oyunlarında da, məsələn, animasiyalaşdırılmış üçölçülü avatarların yaradılması üçün tətbiq etmək olar. Belə avatarlar istifadəçi şəkilləri əsasında avtomatik yaradılacaq”, – deyə istehsalçılar bildiriblər. Onların sözlərinə görə, bəzi innovativ xüsusiyyətlər (məsələn, sifətin əsas detallarının avtomatik aşkarlanması) sayəsində texnologiyanın tətbiq potensialı getdikcə artır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024