“Şəxsi həkim” mobil proqramı hazırlanır 2017-05-03 10:41:45 / KONFRANSLAR

Britaniyanın “Babylon” şirkəti “Şəxsi həkim” adlı müasir mobil proqramın hazırlanmasına yardım edən süni intellekt üçün ən qabaqcıl platformalardan birinin yaradılmasına 50 milyon funt-sterlinq sərmayə yatırmağı planlaşdırır.

 

dni24.com saytının məlumatına görə, pasiyentin bütün simptomlarını diqqətlə dinləyərək dərhal dəqiq diaqnoz qoyacaq həkimin istənilən zaman əlçatan olması yeni proqramın əsas konsepsiyasıdır. Layihənin baş icraçı direktoru Əli Parsanın sözlərinə görə, proqram dünyanın istənilən yerində yaşayan smartfon istifadəçilərinə səhiyyə məsələləri üzrə ekspert konsultasiyası təqdim edə bilər.

 

“Alimlər şübhə etmirlər ki, tezliklə süni intellekt sistemləri diaqnozlar qoyacaq, həmçinin peşəkar mütəxəssislər kimi proqnozlar verə biləcək”, – deyə bildirən Ə.Parsa proqramın həkimləri əvəz etmək üçün deyil, bilavasitə yardım üçün hazırlandığını qeyd edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024