Yeni vebsayt vasitəsilə NRENUM.net istifadəçiləri məlumatlarıartıq daha asanlıqla əldə edə biləcəkdir. http://nrenum.net/ vebsaytı online olaraq xidmət göstərir.
Yeni NRENum.net vebsaytı artıq erkən mərhələlərdə kontent əməkdaşlığını daha da faydalı etmək üçün köhnə Wiki səhifələrini yeniləməklə cari ehtiyacları ödəyir və TERENA tərəfindən texniki təmin edilir. Hər hansı problem ilə əlaqədar olaraq xidmət koordinatoru Piter Szegedi ilə əlaqə saxlaya bilərsiniz.
Yeni vebayt aşağıdakı bölmələrdən ibarətdir:
"Üzvlər" bölməsi yeni dinamik üzvlər və ardıcıl məlumat xəritəsindən ibarətdir (təyinatlar daha sonra əlavə olunacaq).
"İştirak" bölməsi xidmətdən istifadə etmək üçün tələb olunan bütün vacib məlumatları ehtiva edir. Bu məlumat bir yerə toplamaq uzun sürən tələb hesab edilir. Bu bölmədə NRENum.net vebsaytının (namizəd) iştirakçıları bütün vacib texniki məlumatları, o cümlədən, nümayəndə heyəti forması, texniki dəstək, əlaqə nömrələri, online alətlər və v. əldə edə bilərsiniz bilərsiniz.
"Nəşrlər" bölməsinə yalnız təqdimatlar deyil, həmçinin indiyədək xidmət komandası tərəfindən yerləşdirilmiş bütün texniki hesabatlar, istifadə keysləri və praktiki təlim materialları daxildir.
"Sponsorlar" bölməsinə Domen Adları Sistemi xitmətini və yaxud idarəetmə komitəsi və ya əməliyyat qrupunda fəal iştirak edən digər əsas xidmət tərəfdaşları daxildir.
Yeni federativ Wiki səhifə yeni vebsayt ilə əlaqəli olub son məlumat və (yalnız üzvlər üçün) digər dəstək sənədlərini ehtiva edir.
Daha ətraflı məlumat
NRENum.net Internet rabitə məqsədilə istifadə edilən hər hansı telefon nömrəsini URI-yə (Uniform Resource Identifier) çevirmək üçün xüsusi DNS (Domain Name System) yazı növlərindən istifadə edir. Bu, SIP (Session inisializasiyası Protocol) və ya H.323 protokollar əsasında yaradılmış çoxsaylı video rabitə infrastrukturu arasında sorunsuz qarşılıqlı əlaqəni təmin edir, Internet Protocol (VoIP), videokonfrans və TelePresence kimi xidmətləri asanlaşdırır.