Karlsruhe Texnologiya İnstitutunun (Almaniya) mühəndislər qrupu mövcud analoqlarını əhəmiyyətli dərəcədə üstələyən 3D-çapın şüşə vasitəsilə yeni üsulunu hazırlayıblar. Bu haqda hitech.newsru.com saytı “Nature” jurnalında dərc edilmiş məqaləyə istinadən xəbər verir.
3D-çapın ənənəvi metodlarından istifadə etməklə sərbəst formalı şüşə məmulatlarının yaradılması çətindir. Daha əvvəl məlum olan çap texnologiyaları ya yüksək şəffaflığa yaxud da yüksək keyfiyyətli səthə malik məmulatlar yaratmağa imkan verirdi.
Təqdim edilmiş yeni metod isə eyni zamanda hər iki xüsusiyyətə malik olan obyektləri yaratmağa imkan verir. Onun əsasında plastik kütlə vasitəsilə klassik 3D-çapda istifadə edilən stereolitoqrafiya dayanır.
Trafaret vasitəsilə buraxılan ultrabənövşəyi şüanın köməyilə materiala fotopolimerin bərkiməsi hesabına qat-qat ilkin forma verilir və o qalxır. Bundan sonra material qızır, nəticədə təmiz şüşədən hazır məmulat daxil etməklə polimer ondan kənar edilir. Soyutma mərhələsi isə, çap edilmiş şüşəni təmizləyərək sıxlaşdırır.
Bu metodun imkanlarının nümayişi üçün istehsalçılar orta əsr qalasının modelini 80 mikrometr struktur elementlər və 20 mikrometr qalınlıqda təxminən iki millimetr ölçüsündə çap ediblər. Əldə olunmuş material kimyəvi təsirlərə dayanıqlı və son dərəcə bərabər və hamar səthə malik olub.
Gələcəkdə yeni texnologiyanın mikroelektronika və yığcam optik qurğuların istehsalında tətbiqi gözlənilir. Metodun əsasında stereolitoqrafiyanın dayanması faktı tədqiqatçılara texnologiyanın asan tətbiq edilməsinə etibar etməyə imkan verir.