AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Mining: Concepts and Techniques” kitabının müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.
İnstitutun magistrantı Şəlalə Mansurova “Data Mining: Concepts and Techniques” kitabının ikinci fəsli barədə məlumat verdi.
Ş.Mansurova kitabın ikinci fəslini əhatə edən verilənlər, atributlar və onların tipləri, qrafik təsvirlər, verilənlər arasındakı yaxınlıq ölçüləri, verilənlərin əsas statistik təsvirləri, median, moda anlayışları və s. haqqında danışdı.
Sonra seminar iştirakçıları məruzə edilmiş mövzunun mənimsənilməsi məqsədilə fəslin sonunda verilmiş tapşırıqları yerinə yetirdilər.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, texnika elmləri doktoru Ramiz Alıquliyev tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi, tövsiyələrini səsləndirdi.
Qeyd edək ki, “Data Mining” kursunun tam mənimsənilməsi məqsədilə şöbədə davamlı olaraq seminarlar keçiriləcək.