Sinqapurun yeni hospitalı Vudlends pasiyentlərə xidmət üçün ən yeni texnologiyaların tətbiqində ilk addımı atacaq. Belə ki, hospital süni intellekt və robot texnikasından istifadə etmək niyyətindədir. Süni intellektin köməyilə böyük həcmli məlumatlar təhlil ediləcək ki, bu da daha dəqiq diaqnoz qoymağa kömək edəcək. Həmçinin xidmətlər daha ucuz və sürətli olacaq. Sinqapurun səhiyyə naziri Qan Kim Yen bu barədə məlumat verib.
Bundan əlavə, qidalanma, dərman və avadanlıq məhsullarının çatdırılması prosesi robot texnikasının köməyilə avtomatlaşdırılacaq. Bu da tibb bacılarını xəstələrlə daha çox vaxt keçirməkdən azad edəcək.
nanonewsnet.ru saytının məlumatına görə, pasiyentlərin qolundakı elektron qolbaq həkimlərin onların vəziyyətini evə buraxıldıqdan sonra da müşahidə etməsinə imkan verəcək. Həkimlər reabilitasiya prosesi, dərmanların qəbulu qrafiki, pasiyentin nəbzi və yuxu rejiminin vəziyyətini izləyə biləcəklər. Pasiyentlər də qolbaqların köməyilə öz vəziyyəti haqqında həkimə məlumat verə, dərmanlar sifariş edə və ödənişləri İnternet vasitəsilə həyata keçirə biləcəklər.
Vudlends şəhərciyinin yaradılması üzrə işə artıq başlanılıb. Hospital 2022-ci ildən mərhələli şəkildə fəaliyyətə başlayacaq. O stasionar xəstəxanalar və tibbi yardım mərkəzlərini birləşdirəcək. Təcili yardım bölməsi və stasionar xəstəxanalar arasındakı sədlərin arada qaldırılması hospitalın işini daha rahat edəcək.