Dronlarla mübarizə üçün xüsusi bölmələr yaradılıb 2017-04-27 16:01:43 / KONFRANSLAR

Son zamanlar dronların köməyi ilə həbsxanalarda həyata keçirilən “qaçaqmalçılıq” hadisələrinin sayı artıb. Belə ki, Böyük Britaniyada mart ayında həbsxanalara dronların köməyi ilə 48 000 funt sterlinqdən çox məbləğdə qadağan edilmiş malı daşıyan şəxs ittiham edilmişdi.

 

Həbsxanalara qadağan edilmiş əşyalar və narkotiklər daşıyan dronlarla mübarizə aparmaq üçün Böyük Britaniyada xüsusi bölmələr yaradılıb.

 

hitech.vesti.ru saytının məlumatına görə, polis və cəzaçəkmə müəssisələrində qulluq edənlərdən ibarət olan xüsusi dəstələr həbsxanaların ərazisində aşkar edilmiş dronları tədqiq edəcək və “qaçaqmalçıların” şəxsiyyətini müəyyən etməyə çalışacaqlar.

 

Böyük Britaniyanın Ədliyyə nazirinin müavini Sem Cim bildirib ki, hökumət mobil telefon və digər vasitələrin həbsxanalara qeyri-leqal axınıyla qətiyyətlə mübarizə aparacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024