Almaniyanın Fraunhofer İnstitutunun alimləri sahibinin mimikasına əsaslanaraq smartfonu idarə edə bilən “ağıllı” qulaqlıqlar hazırlayıblar.
“EarFieldSensing” qulaqlıqlarının alətlər panelində hələ ki, 5 əmr yazılıb. Əmr yol hərəkəti qaydalarının pozulması zamanı insanları avtomobil idarə edərkən telefondan istifadəni dayandırmağa vadar edən texnologiyanı təklif edir.
vladtime.ru saytının məlumatına görə, “ağıllı” qulaqlıqlar sistemi müqayisə elektrodlarından və 9V batareyaları ilə işləyən, Bluetooth vasitəsilə məlumatları ötürən “Arduino” mikrosxeminə qoşulan sensorlardan ibarətdir.
“Bu, yalnız tədqiqat layihəsidir, lakin üz ifadəsindən istifadə edərək zəngə cavab vermək artıq mümkündür”, – deyə tədqiqat qrupunun rəhbəri Denis Mattis bildirib.
Hazırda sistem təbəssüm, göz qırpma, başın sağa dönməsi, ağızın açılması kimi müxtəlif ifadələri aşkar edə bilir. Mimik hərəkətlərin tanınmasının dəqiqliyi 90 faizə çatır.