AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) dərc etdiyi “IEEE Communications Letters” jurnalına (impakt faktor – 1.291) rəyçi seçilib.
Jurnal IEEE Rabitə Cəmiyyətinin (IEEE Communications Society) maraq dairəsində olan mövzularla bağlı qısa məzmunlu və yüksək keyfiyyətli elmi məqalələri nəşr edir.