Kompüter qaranlıqda yol nişanlarını “görə biləcək” 2017-04-04 11:43:01 / KONFRANSLAR

Koreya alimləri kompüterə çətin şəraitdə – gecə, pis havada və ağac budaqlarının arasından da yol nişanlarını tanımağı “öyrədiblər”.

 

popmech.ru saytının məlumatına görə, proqram qabaqcadan təyin olunmuş xüsusiyyətlərə malik obyektləri, məsələn, yol nişanlarını qaranlıqda da “tanıya bilir”. İstehsalçılar Vyana konvensiyasında təsvir edilmiş yol hərəkəti qaydalarından istifadə edərək proqramı testdən keçirib və müsbət nəticələr əldə ediblər.

 

Bu gün avtomobillər üçün yol nişanlarının tanınmasının prinsipcə iki müxtəlif sistemi mövcuddur. Birindən Advanced Driving Assistant System-in (ADAS) yaradıcıları, sürücünün köməkçiləri istifadə edirlər.  Onlar nəqliyyat vasitəsini idarə etmirlər, lakin müəyyən ipucular verirlər. İkincisi isə (GPGPU) pilotsuz avtomobillərdə işləyir: o, avtomobilin ön hissəsində quraşdırılmış kamera vasitəsilə videonu təhlil edərək yol nişanlarını tanıyır.

 

Nişanların tanınması sistemləri ilə işləyən müasir proqram təminatları ətrafda verilmiş nümunələr və nişanlar üçün səciyyəvi olan rənglərin uyğunluqlarını axtararaq ya rəng ya da nişanların formasına əsaslanır. Rəng metodunun işinə qaranlıq, yağış və qar, səciyyəvi formaların axtarışına isə ağac budaqları kimi vizual əngəllər mane olur.

 

Koreya alimlərinin hazırladığı proqram təminatına dərin təlim texnologiyası tətbiq edilib. Kompüter yol hissəsinin təsvirinin etalon təsvirlərlə müqayisəsini aparır, neyroşəbəkə isə formaları təhlil edir və simvolları izah edir.

 

Müəlliflərin sözlərinə görə, sistemin işi üçün lazım olan hesablama gücü az olsa da, informasiyanın emalı sürəti avtomobilin hərəkəti zamanı yolda vəziyyəti təhlil etməyə imkan verir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024