Yeni qurğu tibb bacılarını əvəz edəcək 2017-03-14 10:09:32 / KONFRANSLAR

Pasiyent xəstəxanada növbə gözləyərkən vaxtını daha səmərəli keçirə bilər. Təzyiq, nəbz və çəkinin ölçülməsi sayəsində tibbi personal bu kimi adi işləri yerinə yetirmək əvəzinə daha əhəmiyyətli məsələlərə diqqət ayıra biləcək. Belə ki, Belçikanın “BeWell” şirkətinin hazırladığı qurğu həkim qəbulundan öncə ilkin tibbi müayinədən keçməyə imkan verir.

 

hi-news.ru saytının məlumatına görə, “WellPoint” lazımi işləri kənar müdaxilə olmadan yerinə yetirir. O, bütün işlərə təxminən 3 dəqiqə sərf edir. Tibb bacısına isə bunun üçün daha çox vaxt lazımdır. Müayinədən keçmək üçün pasiyent stendin yanında oturaraq ona tibb kartını göstərməli, əlini təzyiqi ölçən cihaza daxil etməklə aparatı aktivləşdirməlidir.

 

İstehsalçılar bildirirlər ki, “WellPoint” gələcəkdə qan analizləri götürəcək və onda şəkərin səviyyəsini ölçəcək. Stendin illik xidməti tibbi müəssisəyə təxminən 8 min ABŞ dollarına başa gələcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024