Kiberhücumların sayı rekord həddə çatıb 2017-03-10 14:55:02 / KONFRANSLAR

2016-cı ildə kiberhücumların sayı qlobal şəbəkə tarixində rekord həddə çatıb. “Trend Micro Inc” şirkətinin məlumatına görə, dünya korporasiyalarına kibertəhlükələrlə əlaqədar dəyən ümumi ziyan bir milyard dollar olub.

 

Məlumdur ki, son vaxtlar xakerləri daha çox böyük şirkətlər cəlb etməyə başlayıb və bu halda ən məşhur “sındırma” metodu korporativ poçt olub. Maliyə sferasının statistikasına görə, bu sahədə əksər korporasiyaların itkiləri 140 min dollar təşkil edib.

 

dni24.com saytının bildirdiyinə görə, oğrular müxtəlif troyan virusları tətbiq edərək ofis proqramlarını da “zədələyirlər”.  Beləliklə, onlar asanlıqla bank sistemlərinə daxil olur və şəxsi məlumatları əldə edirlər. Müşahidələr göstərir ki,  proqram-fırıldaqçıların sayı böyük sürətlə artır.

 

Trend Micro nümunə kimi bu yaxınlardakı Yahoo korporasiyasında baş verən qalmaqalı yada salıb. Belə ki, xakerlər videoservisdə il ərzində istifadəçilərin şəxsi məlumatlarını yığmış və bir çox hesabları oğurlamışdılar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024