Ölülər smartfon vasitəsilə “diriləcək” 2017-03-10 14:35:47 / KONFRANSLAR

Cənubi Koreya şirkətlərindən biri dünyasını dəyişmiş insanları “diriltməyə” imkan verən mobil proqram hazırlayıb.

 

rueconomics.ru saytının məlumatına görə, söhbət olduqca real görünən üçölçülü avatarların yaradılmasından gedir. Bu ideya layihə müəllifi Yen Yun Limin ağlına nənəsinin ölümündən sonra gəlib.

 

“Ölmüş insanların üçölçülü surətləri ilə ünsiyyət qurmaq və selfi çəkdirmək artıq mümkündür”, – deyə bildirən Y.Lim proqramın saxta olmadığını qeyd edib.

 

Hazırda proqram olduqca populyardır. İstehsalçılar gələcəkdə smartfonlara skan texnologiyasını inteqrasiya etməyi planlaşdırırlar. Bunun sayəsində istifadəçilər vəfat etmiş yaxınlarının 3D-surətini mütəxəssislərə müraciət etmədən yarada biləcəklər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024