İnstitut əməkdaşlarının mükafatları kollektivə təqdim edildi 2017-03-10 14:30:00 / KONFRANSLAR

Xəbər verdiyimiz kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Məsumə Məmmədovaya 26 yanvar 2017-ci il tarixdə “AWITA 2017” (“İKT-də qadın”) mükafatı təqdim olunmuşdur. Texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat isə AR Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. 

 

İnstitutun Elmi şurasının iclasında hər iki əməkdaşın mükafatları kollektivə təqdim edildi. Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev M.Məmmədova və L.Suxostatı kollektiv adından təbrik etdi. Alim  bu əməkdaşların əldə etdikləri mükafatları bütövlükdə institutun nailiyyəti kimi qiymətləndirərək onlara gələcək fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.

    © İnformasiya Texnologiyaları İnstitutu, 2026