Kiberhücumların aşkarlanması metodları tədqiq olunur 2017-02-28 14:39:42 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2 və 13 saylı şöbələrin birgə elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev seminarın kompüter şəbəkələrinə paylanmış xidmətdən imtina hücumlarının (Distributed Denial of Service, DDoS) erkən mərhələdə aşkarlanması problemlərinə həsr olunduğunu bildirdi.

 

Sonra 2 saylı şöbənin sektor müdiri Babək Nəbiyev “DDoS hücumların aşkarlanması üçün klasterizasiya metodunun işlənməsi” mövzusunda çıxış etdi, bu növ hücumların elektron xidmətlərin işinin pozulması üçün geniş istifadə edildiyini bildirdi. DDoS hücumların növləri, həyata keçirilməsi alətləri və qarşısının alınması üsulları haqqında ilkin məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı. O, həmçinin DDoS hücumların aşkarlanması üçün təklif etdiyi şəbəkə trafikinin klasterizasiyası metodu və əldə etdiyi nəticələr barədə geniş məlumat verdi.

 

B.Nəbiyev seminar iştirakçılarını yeni metodun bilavasitə DDoS hücumların aşkarlanması metodlarının test edilməsi üçün nəzərdə tutulmuş məşhur DARPA KDD verilənləri bazasında sınaqdan keçirildiyini qeyd etdi. Bildirdi ki, sınaq nəticəsində müsbət nəticələr əldə edilmişdir. Məruzəçi bu nəticələrin digər oxşar yanaşmaların nəticələri ilə müqayisəli analizini də təqdim etdi.  

 

Sonda geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024