1 Gbit internet sürətini dəstəkləyən “LTE” modem təqdim edilib 2017-02-28 12:04:53 / KONFRANSLAR

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyanın “Telstra” operatoru artıq dünyada ilk Gbit-lik “LTE” şəbəkəsini istifadəyə verib. “MWC 2017” sərgisində isə bu sürəti dəstəkləyən “ZTE Gigabit Phone” smartfonu təqdim olunacaq.

 

“XMM 7560” adlı yeni “LTE” modemini təqdim etmiş “Intel” korporasiyası da bu bazar uğrunda mübarizə aparacaq. Bu “LTE” modem məlumatları 1 Gbit/s sürətlə yükləyir və 225 Mbit/s sürətlə ötürür. Modem smartfon, planşet, noutbuk və digər mobil qurğularda istifadə edilə bilər.

 

4pda.ru saytının məlumatına görə, yeni modem ənənəvi “LTE” şəbəkələrlə müqayisədə daha yüksək sürətə malikdir. Modemin kommersiya qurğularında tətbiq olunma vaxtı haqqında isə hələ ki, dəqiq məlumat verilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024