TERENA 2014 TERENA Şəbəkə Konfransı materialları toplusunu təqdim edir. 2014-09-04 14:44:07 / KONFRANSLAR

TERENA 2014 TERENA Şəbəkə Konfransı materialları toplusunu təqdim edir. TNC2014 konfransı üçün təqdim edilmiş yüzdən artıq məqalə arasında 156 məqalə seçilmiş və xülasələrlə birlikdə proqram komitəsinin sədri Erik Huizer tərəfindən nəşr olunmuşdur.

 

ISBN/EAN 978-90-77559-24-6 kodlu konfrans materiallarını və fərdi yüklənilən məqalələri www.terena.org/publications/tnc2014-proceedings linkinə daxil olmaqla əldə etmək mümkündür.

 

“Dünya Şəbəkəsi” mövzusu altında keçirilən konfrans iki əsas istiqamətdə - “şəbəkə və əlaqələndirmə” və bu sahənin, o cümlədən “dünyanın” təkmilləşdirilməsi, elmi mühit xaricində əməkdaşlığın vacibliyi istiqamətlərində həyata keçirilmişdir.

Seçilmiş məqalələr müasir dövrdə elmi-tədqiqat və təhsil şəbəkələri sahəsində meydana çıxan problemələrə olan bəzi praktiki yanaşmaları, həm də tədqiqatları əhatə edir. Konfransın mövzusuna uyğun olaraq dünyanın şəbəkələndirilməsi sahəsində innovasiyalar nümayiş etdirilmişdir. Cari ildə keçiriləcək konfrans aşağıdakı mövzuları əhatə edir:

 

hesablama buludları (cloud computing)

eduroam və şəxsin idarə eedilməsi

SDN tətbiqi

monitorinq və işin idarə edilməsi

biznes modelləri və strategiya.

http://www.terena.org/

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023