Səsin emosional çalarlarını müəyyən edə bilən qurğu 2017-02-22 16:37:19 / KONFRANSLAR

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri danışıq tonunu (xoşbəxt, kədərli və ya neytral) müəyyənləşdirə bilən sistem hazırlayıblar. Yeni hazırlama Asperqera sindromundan və danışıq vasitəsilə emosiyanı düzgün ifadə etməyə mane olan digər problemlərdən əziyyət çəkən insanların həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.

 

Emosiyaların təyini sistemi real vaxt rejimində səsin emosional çalarlarını müəyyən etmək imkanına malik şəxsi qurğudur. Qurğunun iş prinsipi kədərli hekayə və enerjili, şən nağıllarla uzun pauza və monoton səslər arasındakı korrelyasiyaya əsaslanır. Qurğu əllərin üzə qaldırılması və onların vurnuxmasının çoxistiqamətli hərəkətlərini də nəzərə alır. İdeya müəllifləri iddia edirlər ki, sistem ümumi danışıq tonunu 83% dəqiqliklə müəyyən edə bilir.

 

innotechnews.com saytının məlumatına görə, hazırda texnologiya ilkin mərhələdədir, onun kütləvi şəkildə yayılması hüquq normalarıyla dayandırılmış ola bilər. Belə ki, qurğu düzgün işləsin deyə hər iki danışıq iştirakçısının məlumatlarını təhlil etməli, qeydə almalı və real vaxt rejimi ilə söhbətə nəzarət etməlidir.

 

Tərəflərin razılığı olmadan söhbətin qeydə alınması qeyri-qanuni hesab edilir, buna görə də qurğudan istifadə edəcək insan öncə şəxsi məxfilik məsələsini həll etməlidir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024