Uşaqlar üçün elektrik avtomobilləri satışa çıxarılıb 2017-02-22 14:51:35 / KONFRANSLAR

Britaniyanın əldə yığılma idman avtomobillərinin istehsalıyla məşğul olan “Morgan” şirkəti uşaqlar üçün bir nəfərlik ekoloji və müasir nəqliyyat vasitəsi olan “EV3 Junior” retro elektrik avtomobilini satışa çıxarıb.

 

hi-news.ru saytının məlumatına görə, 30-40-cı illərin yarış bolidini xatırladan, üç təkər üzərində hərəkət edən avtomobil tutumlu batareya ilə təchiz edilib. Korpusu karbon lifindən istehsal edilən bu elektromobilin salonu  xromlaşdırılmış detallar və təbii ağacdan olan laydan hazırlanıb. Hər bir müştəri üçün fərdi hazırlanan sürücü oturacağında təbii dəridən istifadə edilib. Avtomobilin sürəti saatda 16 kilometrə bərabərdir. 

 

Sifarişlə hazırlanmış və 8-10 yaş arası uşaqlar üçün nəzərdə tutulan avtomobilin satış dəyəri 10 000 dollar təşkil edir. Maşını istehsalçının saytından sifariş etmək mümkündür.

 

Qeyd edək ki, daha əvvəl uşaq oyuncaqlarının məşhur istehsalçısı “Radio Flyer” şirkəti lisenziya ilə “Tesla”nın uşaq avtomobillərini istehsal etmişdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024