“Android” telefonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib 2014-01-22 10:51:57 / KONFRANSLAR

“Google Play” xidmətində “Android” əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib.

Gün.Az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xidmətinə əsasən xəbər verir ki, “Bizim Keyboard PRO” adlanan yeni klaviatura  müxtəlif dillərdə sürətli yazmağı sevənlər üçün yaradılmış klaviaturadır.

“Bizim Keyboard” klaviatura ilə istifadəçi mətn prediksiyası üçün hazır sözlüklərdən istifadə edə və ya öz sözlüyünü yarada bilər. Klaviaturaya bir neçə mövzu daxildir (qara, ağ, iPhone, HTC və s.).

Klaviaturada, demək olar, bütün dillər, xüsusilə də Azərbaycan dili üçün 7 düzüm və rus dili üçün 4 düzüm vardır.

Buraya həmçinin Azərbaycanın ilk dəfə olaraq yeni təsdiq olunmuş “PÜŞUD” düzümü də daxildir.“Bizim Keyboard PRO” klaviaturasını aktiv etmək üçün telefon düzəlişlərində “Dil və Klaviaturalar” (“Language & Keyboards”) bölümünə daxil olaraq “Bizim Keyboard PRO” seçmək tələb olunur.

Sonra hər hansı textboxda mətn yerinə basıb saxlayıb, “Input method” basmaq və siyahıdan “Bizim Keyboard PRO” seçmək lazımdır.

Proqramın düzəlişlərinə daxil olmaq üçün “123” düyməsi basılmalıdır.

Klaviatura “Bizim Keyboard PRO” klaviaturasının pulsuz variantıdır. “Trial” versiyada “PRO” versiyadan fərqli olaraq gündə bir neçə dəfə bezdirici popup pəncərə istifadəçinin qarşısına çıxır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024