“Avtomatlaşdırılmış əl” hazırlanıb 2017-01-30 10:07:16 / KONFRANSLAR

ABŞ-ın Kornell Universitetinin alimləri insanın toxunma hissini təqlid edən mexaniki əli nümayiş etdiriblər. Əl müxtəlif əşyaları səliqə ilə götürmək və sıxmaq, həmçinin onların tekstur və formasını müəyyənləşdirmək imkanına malikdir.

 

lenta.co saytının məlumatına görə, Gentle Bot adlı avtomatlaşdırılmış əl əşyaların möhkəmliyini maksimum dəqiq hiss etməyə bacarıqlıdır. Məsələn, o, pomidorlara toxunaraq onlardan hansının yetişdiyini müəyyən edə bilir.

 

İstehsalçıların sözlərinə görə, Gentle Bot digər mexaniki əllərdən işığı keçirən yumşaq materiallardan hazırlanması ilə fərqlənir. Qurğu barmaqlarda yerləşdirilmiş optik tənzimləyicilərlə təchiz edilmişdir.

 

Mütəxəssislərin fikrincə, belə texnologiya təkmilləşdirilmiş robotlarla yanaşı, həm də daha yaxşı protezlər hazırlamağa imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024