Koreyalılar seriyalı döyüş robotunu təqdim ediblər 2017-01-30 10:00:04 / KONFRANSLAR

Cənubi Koreyanın “Korea Future Technology” şirkəti seriyalı istehsal üçün nəzərdə tutulmuş idarə edilən insanabənzər robotun prototipini təqdim edib.

 

İdarə edilən insanabənzər robotlar və ya insanabənzər döyüş robotları (İDR) elmi-fantastik əsərlərdəki məşhur silahı təsvir edir. Bu kimi qurğu nümunələrinə reallıqda, bir qayda olaraq, sərgilər üçün rekvizit kimi istifadə olunan nadir nüsxələrdə rast gəlinir. Qeyd olunur ki, İDR real məsələlərin həlli üçün olduqca iri və bahalı qurğudur.

 

naked-science.ru saytının məlumatına görə, METHOD-1 adlı yeni prototip hərəkətdə olan qurğunu əsk etdirir. Onun hündürlüyü təxminən 4 metr, çəkisi isə 1,5 tondur.

 

Şirkət öncə robotun hazırlanmasını başa çatdırmaq, sonra isə onun hansı sferalarda tətbiq edilə biləcəyini müəyyənləşdirmək niyyətindədir. Qurğunun nümayişi zamanı müəlliflər göstəriblər ki, METHOD-1 artıq addımlaya və operatorun ardınca əlləri ilə hərəkətə edə bilir. Mütəxəssislər yeni qurğudan birbaşa təyinat üzrə — döyüşlər üçün istifadə etmək niyyətindədirlər.

 

Əlavə məlumat üçün bildirək ki, 2015-ci ildə ABŞ-ın MegaBot Mk.II robotunun müəllifləri Yaponiyanın "Suidobashi Heavy Industry" şirkətini duelə çağırmışdılar. Çağırış qəbul edilmişdir, hazırda MegaBots əlbəyaxa döyüş üçün öz qurğusu üzərində tamamlama işləri görür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024