Ağ ciyər iltihabının diaqnostikası üçün “ağıllı” gödəkcə 2017-01-24 17:32:46 / KONFRANSLAR

Şərqi Afrika ölkələrindən olan Uqandada hər il ağ ciyər iltihabından 24 000-dən çox uşaq vəfat edir. Yeni gödəkcə-qurğu ağ ciyər iltihabının diqanostikası üçün nəzərdə tutulub.

 

“Ağıllı” qurğuların sayı günü-gündən artır: saatdan soyuducuya, elektrik çaydanlarından mənzillərə qədər hər şey “ağıllanır”. Lakin bu kimi qurğulardan istifadə yalnız gündəlik məsələlərin sadələşdirilməsində deyil, həm də təhlükəli vəziyyətlərin diaqnostikası üçün istifadə olunur. MedicalXpress nəşriyyatının məlumatına görə, Uqandadan olan mühəndislər qrupu bu yaxınlarda ağ ciyər iltihabının diaqnostikası üçün qeyri-adi qurğu hazırlayıblar.

 

www.nanonewsnet.ru saytında bildirilir ki, yeni qurğunun yaradılması ideyası Uqanda universitetinin həkimi Oliviya Koburonqoya aiddir. Qurğu  “Mama-Ope” adını alıb ki, bu da tərcümədə “ana ümidi” deməkdir. Bu ad heç də təsadüfi seçilməmişdir: belə ki, Uqandada hər il ağ ciyər iltihabından 24 000-dən çox uşaq vəfat edir. Çətinlik ondan ibarətdir ki, Uqanda malyariya xəstəliyinin yayılması üzrə endemik regiondur və ağcaqanad dişləməsi zamanı parazit infeksiyasının yaranması bu xəstəliyin başlanğıcı hesab edilir.

 

Pasiyenti yoxlamaq üçün gödəkcəni sadəcə geyinmək lazımdır. Bundan sonra gödəkcə müstəqil şəkildə temperaturu və tənəffüs hərəkətlərinin tezliyini ölçəcək, ürəyin müayinəsini aparacaq, sonra isə əldə edilmiş məlumatları Bluetooth-la əlaqələndirilmiş smartfon və ya planşetdəki xüsusi proqrama göndərəcək.

 

Qeyd olunur ki, “Mama-Ope” qurğusunun prototipi ağ ciyər iltihabının diaqnozunu həkimdən üç dəfə daha sürətli qoyur. Hazırda ideyanın müəllifləri “ağıllı” gödəkcənin kliniki sınaqlarının keçirilməsi və kütləvi istehsalı üzərində çalışırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024