Azərbaycanda İKT sektorunun gəlirləri artıb 2014-01-22 10:38:46 / KONFRANSLAR

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun gəlirləri 2013-cü il üzrə 10,7% artıb. 

Ötən il müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib. Bunlardan 72,4%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb. Əldə edilmiş gəlirlərin 59,1%-i isə mobil rabitə xidmətlərinə aiddir. 

2013-cü il ərzində mobil rabitə sahəsində əldə edilmiş gəlirlərin ümumi həcmi 902,5 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 17,4% çoxdur. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020