Ubtech Lynx – şəxsi ev köməkçisi 2017-01-09 18:10:44 / KONFRANSLAR

Çinin Alpha robotlarının hazırlanması nəticəsində məşhur olan “Ubtech” şirkəti CES 2017-də Lynx robotu layihəsini təqdim edib. Ubtech mütəxəssisləri bütün ixtiralarını birləşdirərək yeni robotun bir çox məsələni yerinə yetirməsinə nail ola biliblər.  

 

Qurğu Amazon Alexa səs köməkçisinin dəstəyilə musiqini təkrar səsləndirə, son aktual xəbərlər və hava proqnozu haqqında məlumat verə biləcək. O, elektron məktubları oxuyaraq onlara sahibinin diktəsilə cavab yazacaq.

 

4pda.ru saytının məlumatına görə, robot, həmçinin əlamətdar günlər haqqında xatırlatmaları təqvimə daxil etmək, Wi-Fi üzərindən videozənglər həyata keçirmək və bir çox başqa işləri görmək qabiliyyətinə malikdir.

 

Avtomatlaşdırılmış kiçik köməkçiyə inteqrasiya edilmiş kameranın köməyilə o,  təkcə ailə üzvlərinin üzlərini deyil, həm də ev heyvanları haqqında məlumatları yadda saxlayır. Bundan başqa, Lynx kamera sayəsində sahibi evdə olmadıqda mənzilin təhlükəsizliyinə nəzarət edə bilir.

 

Kompakt robot, həmçinin yoqa və bir neçə başqa rəqs hərəkətlərini öyrədə biləcək. İstehsalçılar əmindirlər ki, danışan və rəqs edən robotun sahibləri darıxmayacaq.

 

Bu ildən satışa çıxarılacaq Lynyx qurğusunun təxmini qiyməti 800-1 000$ civarında olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023