İnstitutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyevi 60 illik yubileyi münasibətilə təbrik edirik! 2017-01-09 18:05:22 / KONFRANSLAR

Şakir Mehdiyev AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəxri fərmanı ilə təltif olunub

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyevin 60 yaşı tamam olur. 

 

Ş.Mehdiyev 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirmişdir. 

 

1979-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis və kiçik elmi işçi, 1985-1992-ci illərdə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində böyük mühəndis və qrup rəhbəri vəzifələrində çalışmışdır. 

 

1992-1997-ci illərdə Azərbaycan Texniki Universitetinin “Elektrik rabitəsi” kafedrasında baş müəllim işləmişdir. 

 

Hazırda institutun ümumi işlər üzrə direktor müavini və şöbə müdiri vəzifələrində çalışır.

 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

 

Ş.Mehdiyev kompüter mühəndisliyi sahəsində səmərəli fəaliyyəti və əldə etdiyi nailiyyətlərə görə, həmçinin anadan olmasının 60 illiyi münasibətilə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən fəxri fərmanla təltif olunub. Fərmanı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim edib. 

 

Qeyd edək ki, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa görə, elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə fərdi təqaüdlər, müavinətlər, dövlət mükafatları, dövlət təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar və fəxri fərmanlar verilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024